EN

"Bir çox ölkələrdə paraşütdən atlamaq istəyən şəxs sənəd imzalayır"—Təhlükəsizlik eksperti

Xəbər verdiyimiz kimi, dünən Quba rayonunda 38 yaşlı həkim Şamo Mehdiyevin yamac paraşütü ilə uçarkən faciəvi şəkildə ölməsi hadisəsinin bəzi detalları üzə çıxıb.

Hadisə saat 17 radələrində Qırızdəhnə kəndinin ərazisində baş verib. Laçın rayon sakini olan Şamo paraşütlə enərkən iplər bir-birinə dolaşıb. Nəticədə həvəskar idmançı təxminən 10-15 metr hündürlükdən yerə sərt şəkildə düşüb və onun ayaqları qırılıb. Ş.Mehdiyev xəstəxanaya aparılarkən yolda ölüb. Bildirilir ki, Ş.Mehdiyevin xəsarəti ölümcül olmayıb, lakin o, travmatik şoka düşüb və bu səbəbdən vəfat edib. Mərhum stomatoloq olub və həvəskar şəkildə yamac paraşütçülüyü ilə məşğul olurmuş.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında qeyd edib ki, ekstrim idman növləri içində paraşütdən tullanma ən təhlükəlisi sayılır:



“Paraşütdən tullanan şəxsin, istər həvəskar olsun, istər peşəkar – sağlamlıq vəziyyəti buna imkan verməlidir. Hava durumu, şəxsin təcrübəsi, paraşütün vəziyyəti kimi məqamlar təhlükəsizlikdə rol oynayır. Şəxsin təzyiq, şəkərli diabet, ürəK-damar xəstəlikləri kimi bir problemi olmamalıdır. Bundan başqa sümük, oynaqlarda problemlər yerə düşərkən şəxsin səhhətinə zərər verə bilər. İstənilən halda idmançı, həvəskar şəxs qəzadan yüz faiz sığortalanmayıb. Amma təhlükəsizlik qaydalarına riayət olunarsa və şəxs sağlamlıq vəziyyətini nəzərə alarsa, qəza olma ehtimalı aşağı düşər. Ən əsası isə şəxsin təcrübəsi ona təhlükəli vəziyyətlərdə çıxış yolu tapmağa, vəziyyətdən çıxmağa kömək edə bilər. Bir çox ölkələrdə paraşütdən tullanmaq istəyən şəxs məsuliyyəti öz boynuna aldığı barədə sənəd imzalayır. Yəni, paraşütdən tullanma çox riskli idman növüdür”.

Törə Zeynallı
Demokrat.az

Chosen
16
demokrat.az

1Sources