EN

Xristianları təhqir edən müəllim işdən qovuldu - VİDEO

Çeçenistanda məktəb müəllimi xristianları təhqir etdiyi üçün təhsil sistemindən kənarlaşdırılıb.

 

Oxu24.com xəbər verir   ki, bu barədə ölkənin milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev öz Telegram kanalında məlumat verib.

 

Sentyabrda mətbuatda Çeçenistanda bədən tərbiyəsi və kimya müəllimi Mənsur Cəbrayılovun xristianlığı təhqir etməsi ilə bağlı məlumatlar yayılıb. O, sosial şəbəkələrdəki nəşrlərində İsanı “yunan humanoidi”, xristianları isə “triteistlər” adlandırıb.

Dudayev bildirib ki, Cəbrayılov sentyabrın ikinci yarısında işdən çıxarılaraq saxlanılıb.

Onun barəsində də istintaq hərəkətləri aparılır və ifadələri dini ekspertizanın keçirilməsi üçün Stavropola göndərilib.

 

Nigar

 

Chosen
3
50
oxu24.com

10Sources