EN

Livandan Suriyaya 250 min insan keçib -BMT

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi, İsrailin havadan və qurudan hücumlarını davam etdirdiyi Livandan 250 min insanın Suriyaya keçdiyini bildirib.

Redaktor.az xəbər verir ki, Livandan sonra Suriyaya səfər edən Qrandi bu barədə "X" sosial şəbəkəsində məlumat verib.

Qrandi deyib: "İsrailin hava hücumlarının artması ilə 23 sentyabrdan bəri 250 min insanın keçdiyi Suriya-Livan sərhədindəyəm. Yerli hakimiyyət orqanları, Suriya Qızıl Aypara Cəmiyyəti, BMT və tərəfdaşları 7/24 işləyir. BMT QAK humanist və səmərəli qəbulu təmin etməlidir”.

Seymur BƏNNAYEV 

Chosen
13
redaktor.az

1Sources