Zədə səbəbindən Azərbaycan millisinin düşərgəsini tərk edən “Sabah”ın kapitanı Elvin Camalovun durumuna aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, Camalov təkcə milli komandanın qarşıdakı oyunlarını deyil, həm də Premyer Liqanın 10-cu turunun da görüşünü buraxmalı olacaq.
O, Premyer Liqanın 9-cu turunun “Araz-Naxçıvan”la oyunun (1:1) 74-cü dəqiqəsində zədələnərək üç həftəlik sıradan çıxıb.
Camalovun dirsək nahiyəsində sınıq aşkar edilib.