Qlobal istiləşmə 3 dərəcəyə çatacağı təqdirdə Cənubi Avropada səhralar yaranacaq.
Axar.az xəbər verir ki, bu barədə BMT-nin İqlim dəyişikliyi üzrə hökumətlərarası ekspert qrupunun üzvü Cim Ski “Teleqraf”a müsahibəsində deyib.
Onun sözlərinə görə, səhralaşma təkcə Şimali Afrika ölkələrində deyil, Yunanıstan, Türkiyə, Portuqaliyada da baş verəcək:
“Bütün Avropa, xüsusən də Aralıq dənizi hövzəsi son dərəcə həssas vəziyyətdədir”.
Onun sözlərinə görə, 2100-cü ildə qlobal istiləşmə 3 dərəcəyə çatacaq.