EN

Dünyada qadağan olunan yağ Azərbaycanda satılır

Rusiyanın Belqorod vilayətində istehsal olunan "Sloboda" təmizlənməmiş günəbaxan yağı barədə narahatedici məlumatlar yayılıb. Belarusa idxal edilən "Sloboda" əmtəə nişanlı günəbaxan yağı partiyalarının Belarusun dövlət standartının tələblərinə uyğun olmaması səbəbindən bu ölkədə satışının qadağan edilməsi barədə qərar verilib.

Məlumatda yağların Gömrük İttifaqının "Qida məhsullarının təhlükəsizliyi haqqında", "Yağ və yağ məhsulları üçün texniki reqlamentlər", QOST 1129-2013 "Günəbaxan yağı" texniki reqlamentinin tələblərinə cavab vermədiyi göstərilib:

"Zəif təmizlənmiş və köhnəlmiş yağda daha çox peroksid var. Peroksidin sayı nə qədər yüksək olarsa, yağ işıqda da bir o qədər uzun müddət saxlanılırdı. Bu yağın keyfiyyətsiz xammaldan, xarab günəbaxan tumlarından hazırlanması tamamilə mümkün görünür".

Aşkar edilən faktlara - Gömrük İttifaqının qaydalarına uyğunsuzluq fonunda "Sloboda"nın Belarusda və dünyada satışı sentyabrın 23-dən qadağan edilib.

Amma hazırda Azərbaycan bazarında kifayət qədər "Sloboda" yağları var. Hətta ölkənin ən böyük ticarət şəbəkələrində "Sloboda" yağlarına rast gəlmək olar.

"Bu yağlar uzun müddət saxlanıla bilmir"

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, az təmizlənmiş yağların saxlanma müddəti çox qısadır:

Chosen
23
31
publika.az

10Sources