EN

Tunisin hazırkı prezidenti Qays Səid seçkilərdə 90%-dən çox səs toplayıb

Bazar günü keçirilən növbəti prezident seçkilərində Tunisin hazırkı prezidenti Qays Səid qalib gəlib.

APA xəbər verir ki, bu barədə oktyabrın 7-də Müstəqil Ali Seçki Qurumunun sədri Faruq Boisquer mətbuat konfransı zamanı bildirib.

Qays Səidin seçkilərdə 90,69 faiz səs toplayaraq qalib gəldiyi bildirilir. "Respublikada və xaricdə ümumi seçici fəallığı 28,8%-ə çatıb", - deyə Boisquer bildirib.

Eyni zamanda, solçu “Azimun” partiyasından olan iş adamı Ayaşi Zammel və sosial-demokrat “Harakat al-Şaab” partiyasını təmsil edən Zuheyr əl-Məqzavi müvafiq olaraq 7,35 və 1,97% səs toplayıblar.

Chosen
33
1
apa.az

2Sources