EN

İsrailə ballistik raketlər və dronlarla hücum ediblər - Foto

İsrailə

Yəməndəki husilər iki ballistik raket və çoxlu PUA ilə İsrailin cənubundakı Eylat və mərkəzi bölgədəki Yaffa şəhərini hədəf alıblar.

Reyting.az
xəbər verir ki, husilərin açıqlamasında əməliyyatın uğurlu olduğu bildirilir.

Husilərin sözçüsü Yəhya Seri “Fələstin-2” və “Zülfükar” raketləri ilə işğal altındakı Yaffa şəhərində iki İsrail hərbi obyekti vurduqlarını və “əməliyyatın uğurla başa çatdığını” deyib.



Seri daha əvvəl də “Yaffa” və “Səməd 4” tipli dronlarla Eylat şəhərinin Um Raşraş bölgəsinə hücum təşkil etdiklərini bildirib. Onun sözlərinə görə, mərkəzi bölgələrdəki “Yaffa” dronları ilə oxşar hücumlar həyata keçiriblər. O, hücumlarda bəzi hədəflərin uğurla vurulduğunu söyləyib.

ELÇİN
Chosen
24
reyting.az

1Sources