EN

Laçın şəhəri gələn il MDB-nin mədəniyyət paytaxtı olacaq

Dünən Rusiyanın paytaxtı Moskvada Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

Xarici işlər naziri Ceyhun Bayramov toplantıda iştirak edib. Nazir çıxışında Azərbaycanın MDB çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiyalar, süni intellekt, humanitar, gənclər və s. istiqamətlər üzrə əməkdaşlığa baxışı, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi barədə məlumat verib. O, Nazirlər Şurasının iclasının yüksək səviyyədə təşkilinə görə Rusiya Federasiyasına təşəkkür edib, növbəti ildə Birliyə sədrliyi həyata keçirəcək Tacikistana uğurlar arzulayıb.

İclasda təşkilata üzv dövlətlərlə qarşılıqlı səfər və təmasların artırılmasının ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığa töhfə verdiyi, o cümlədən Xarici İşlər Nazirləri Şurası formatının öz növbəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsində faydalı olduğu vurğulanıb. Humanitar və gənclər sahəsində əməkdaşlıq üzrə birgə tədbirlərin keçirilməsini nəzərdə tutan planların üzv ölkələr və xalqlar arasında əməkdaşlıq və yaxınlaşmaya töhfə verəcəyinə dair inam ifadə olunub.

Ölkəmizin “Birliyin mədəniyyət paytaxtı” təşəbbüsünə xüsusi önəm verdiyi, bu istiqamətdə növbəti il üçün Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan olunması haqqında dövlət başçıları tərəfindən qəbul edilməsi nəzərdə tutulan qərarın bu il mədəniyyət sahəsində birgə genişmiqyaslı layihə və tədbirlərin təşkilinə imkan verəcəyi diqqətə çatdırılıb.

Ölkəmizin COP29 sədrliyi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən danışıqlar prosesinin aparıldığını və görülən hazırlıq işlərinin qlobal iqlim fəaliyyətinə mühüm töhfə olması məqsədilə genişmiqyaslı sədrlik fəaliyyəti həyata keçirildiyini diqqətə çatdırıb.

XQ

Chosen
12
43
xalqqazeti.az

10Sources