EN

Türkiyədə əməliyyat - 4 mindən çox saxlanılan var

Türkiyənin bütün vilayətlərində qanunsuz miqrasiyaya qarşı əməliyyat keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, əməliyyat nəticəsində 4040 qanunsuz miqrant və 200 nəfər təşkilatçı şəxs saxlanılıb.

Təşkilatçılardan 82-si həbs olunub.

Chosen
15
7
bakivaxti.az

8Sources