EN

Bətnindəki körpənin cinsiyyəti qız olduğuna görə hamilə qadını döyərək uşağı tələf etdilər

Üç övladı olan ananın baldızı tərəfindən amansızcasına döyülməsinin təfərrüatı məlum olub.

NOCOMMENT.az xəbər verir ki, hadisə Şəmkirin Sarıtəpə kəndində qeydə alınıb. Malika Sarıyeva qız övladına hamilə qaldığı üçün baldızı tərəfindən vəhşicəsinə döyülüb, xəstəxanaya yerləşdirilib. Bətnindəki 4 aylıq uşaq isə tələf olub.

Zərərçəkənin bacısının sözlərinə görə, bu kimi xoşagəlməz hadisələr dəfələrlə Malikanın başına gəlib.

Qeyd edək ki, məsələ ilə bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Chosen
1
13
nocomment.az

10Sources