EN

BŞİH-də növbəti müşavirə keçirilib: Mövcud nöqsanlar tənqid edildi

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonları İcraHakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətlərirəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumatagörə müşavirədə bir sıra məsələlər, o cümlədən noyabr ayındapaytaxtda keçiriləcək mötəbər beynəlxalq tədbir ərəfəsində şəhərdəaparılan əsaslı təmir, abadlıq-quruculuq, yaşıllaşdırma işlərinvəziyyəti və digər məsələlər müzakirə edilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasənson müddət ərzində şəhərdə geniş miqyaslı quruculuq-abadlıq işlərihəyata keçirilib. Binaların, obyektlərin fasadları, eyvanları, damörtükləri təmir edilir, rənglənir, istinad divarları, hasarlarqaydaya salınır, hər tərəfdə abadlıq işləri görülür, geniş miqyaslıyaşıllaşdırma işləri aparılır. Xüsusi olaraq qeyd edilməlidir ki,bütün bu işlər ölkənin iqtisadi imkanları hesabına həyatakeçirilir, bu da öz növbəsində ölkənin iqtisadi qüdrətiningöstəricisidir.

Müşavirədə paytaxtın rayonlarında görülən işlərin monitorinqiilə bağlı hazırlanan video-rolik nümayiş etdirildi, işlər müzakirəedilərək mövcud nöqsanlar tənqid edildi.

Vurğulanıb ki, mühüm beynəlxalq tədbirə çox az vaxt qalıb vəqalan qısa müddət ərzində təmir-quruculuqla bağlı nəzərdə tutulanbütün işlər yekunlaşdırılmalıdır.

Chosen
8
46
az.trend.az

10Sources