EN

Şuşaya dönən sakin: İnanırdıq ki, qayıdacağıq

Şuşaya

Bakı, 8 oktyabr, AZƏRTAC

“Ötən 30 il bizim üçün çox itkilərlə, acılarla yadda qaldı. Atam şəhid oldu, yaxınlarımdan Şuşanın həsrəti ilə rəhmətə gedənlər oldu. Allaha dua edirdik ki, bu günləri görmək qismət oldu. İndi şükür, ümidimiz doğruldu”.

AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün Şuşa şəhərinə köçən keçmiş məcburi köçkün Rafiq Hüseynov deyib.

“Biz hər zaman dövlətimizin başçısına inanırdıq. İnanırdıq ki, qayıdacağıq. Onun sözləri hər zaman bizə dayaq idi. Prezidentimiz bizə verdiyi sözü hər zamankı kimi tutdu. Ona çox minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlıq versin, Ordumuzu qorusun. Dövlətimiz var olsun”,- deyə sakin əlavə edib.

Qeyd edək ki, bu gün Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə 16 ailə (60 nəfər) öz doğma yurduna qayıdıb. Bununla da Şuşa şəhərində ümumilikdə 220 ailənin (823 nəfərin) məskunlaşması təmin edilib.

Chosen
16
1
azertag.az

2Sources