EN

Zəngəzurun Azərbaycana aid olduğunu deyən iranlı son anda cümləsini dəyişdi - VİDEO

“Tabnak” saytında İranla Ermənistan arasındakı Araz çayı üzərində olan körpünün peyk görüntüsünü əks etdirən video paylaşılıb. 

Bizim.Media xəbər verir ki, videonu hazırlayan iranlı İran-Ermənistan sərhədinin Zəngəzur dəhlizinin açılması nəticəsində kəsiləcəyini iddia edib.
 

Əsas məqam isə Araz çayını və körpünü işarələdikdən sonra videoçarxı hazırlayan şəxsin Zəngəzur dəhlizini işarələyib Azərbaycan ərazisi deməsidir. Ancaq riyakar iranlı son anda cümləsini düzəldərək bildirib ki, sözügedən bölgə Ermənistanın cənubudur.


Paylaşılan videoda həmin şəxs Araz çayı üzərində qurulan körpünün İran üçün əhəmiyyətindən, eləcə də İranın Avropaya çıxışından söz açıb.


Bizim.Media

Chosen
7
bizim.media

1Sources