EN

Nepalda beş rusiyalı alpinist ölüb

Nepalda beş rusiyalı alpinist ölüb.

APA-nın Rusiya bürosu xəbər verir ki, alpinistlər Aleksandr Duşeyko, Oleq Kruqlov, Vladimir Çistikov, Mixail Nosenko və Dmitri Şpilevoy oktyabrın 6-da Dhaulagiri dağını fəth etməyə cəhd edərkən itkin düşüblər.

İki gün sonra onlar ölü vəziyyətdə tapılıb.

Rusiyalı alpinistlərin meyitləri xilasedici helikopter vasitəsilə 7100 metr yüksəklikdə aşkar edilib.

Alpinistlər səhər saat 6:00-da zirvəyə qalxmaq üçün hündürlükdəki düşərgəni tərk etdikdən sonra onlarla əlaqə kəsilib.

Onlar 7600 metr hündürlükdən yıxıldıqları güman olunur.

Chosen
15
1
apa.az

2Sources