EN

Ermənistanın Araz çayını çirkləndirməsi ciddi təhlükəyə çevrilib - Tehranın millət vəkili

Ermənistanın

Ermənistan tərəfinin Araz çayını çirkləndirməsi ciddi problemdr, İranın Ermənistandakı səfirliyindən və Ekologiya Nazirliyindən məsələnin araşdırılması üçün əməli addım atmalarını tələb edirəm.

Bunu Tehranın İran parlamentindəki nümayəndəsi və ekoloq Süməyyə Rəfiyi deyib.

"İmidro təşkilatı Araz çayının yuxarı axınındakı (Ermənistan- red) mis mədənlərindən çirklənmənin aradan qaldırılmasına sərmayə qoymağı təklif edib və bu, bizim mütəxəssislər tərəfindən bəyənilib. İranın kanalizasiya və tullantı sularını təmizləmək üçün texniki imlanlara malik olduğunu nəzərə alaraq, İranın Araz çayında baş verən ekoloji problemin həllinə yardım etməlidir",- millət vəkli deyib.

Bundan əvvəl güney azərbaycanlı ekoloq Əhməd Bayburdi və Mərənd şəhərinin İran parlamentindəki nümayəndəsi Məhəmməd Həsənnəjad da Araz çayında baş verən ekoloji problemlə bağlı xəbərdarlıq ediblər.

Həsənnəjad Ermənistanın zəhərli tullantıları Araz çayına axıtdığını və İran tərəfinin iki ölkə arasında münasibətlərin korlanmaması üçün buna göz yumduğunu bildirib.

O, millət vəkili və ekoloq bu səbəbdən Araz çayının cənub sahilində kənd tədərrüfatının ziyan gördüyünü və xərçəng xəstəliyinin artdığını deyiblər.

Qeyd edək ki, bu güneyli mədəni və ekofəalların da etirazına səbəb olub və onlar ekoloji problemə diqqət çəkmək üçün müxtəlif aksiyalar keçiriblər.

Bu qəbildən olan aksiyalardan biri ötən il Araz çayı qırağında keçirilib və hökumət məmurları çaya zəhərli tullantıların axıdılmasına etiraz edən Rəhim Sasani, Mustafa Əvəzpur, Məhəmməd Mərdi, Məhəmməd Əlipur, Sədullah Sasani və Cəfər Noruzini həbs ediblər.

Chosen
30
xalqcebhesi.az

1Sources