EN

"Tələbələr iş axtaran yox, iş yeri yaradan kimi yetişməlidirlər" - Elm və təhsil naziri

"Elə etməliyik ki, tələbələr iş axtaran yox, iş yeri yaradan kimi yetişsinlər".

 

Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən Təhsilin İnkişafı Forumu 2024-də deyib.

 

"3000-dən artıq insan SABAH təşəbbüsü çətiri altında müəyyən mənada artıq bu barədə səy göstərib. Onlardan 14-ü kənardan maliyyə cəlb edib, ümumilikdə 8.5 milyon manat dəyərində kənardan maliyyə cəlb edə biliblər. İnanıram ki, bu istiqamətdə yaxın gələcəkdə çox işlər görüləcək. Çünki yeni gələn nəsil fərqli daşüncədədir. Onlar 4 il ali təhsil müəssisəsində mühazirə dinləyib, dərs danışmağa maraqlı deyillər. Dəyişikliklər gedir, bundan sonra da daha yaxşıya doğru olacağına inanıram" -, nazir bildirib. 

 

 
Firuzə Əliyeva

Chosen
30
sfera.az

1Sources