EN

Taha Ayxan: İstərdik ki, Azərbaycan halal biznes və turizm sahəsində öz liderliyini qoruyub saxlaya bilsin

Bakı, 8 oktyabr, AZƏRTAC

"Azərbaycanda Halal Biznes və Turizm Forumunun keçirilməsi yeni imkanlara xidmət edir. İstərdik ki, Azərbaycan halal biznes və turizm sahəsində öz liderliyini qoruyub saxlaya bilsin".

AZƏRTAC xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayxan

Azərbaycan Halal Biznes və Turizm Forumunun (AZHAB Forum) rəsmi açılış mərasimində çıxış edərkən deyib.

T. Ayxan qeyd edib ki, Azərbaycanda belə bir forumun keçirilməsi yeni ideyalara və təşəbbüslərə səbəb olacaq:

"Azərbaycan halal biznes və turizm sahəsi ilə bağlı kifayət qədər unikal bir mövqedə yerləşir. Biz İslam Əməkdaşlıq Təşkilatı olaraq bu sahədə innovasiyaların ötürülməsinə dəstək veririk. Ümid edirəm ki, bu forum ölkələrdə yeni müəssisələrin və təşəbbüslərin yaranmasına dəstək olacaq",- deyə T. Ayxan qeyd edib.

Chosen
29
azertag.az

1Sources