EN

Santuş jurnalistlərin suallarını cavablayacaq

Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Estoniya - Azərbaycan oyunundan öncə təşkil olunacaq açıq məşqlər və mətbuat konfranslarının vaxtı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, oktyabrın 10-da, yerli vaxtla saat 17.15-də baş məşqçi Fernandu Santuşun mətbuat konfransı gerçəkləşəcək.

Saat 18.00-da isə yığmanın açıq məşqçi baş tutacaq. Rəqibin baş məşqçisinin mətbuat konfransı 10.45-də, açıq məşqi isə 11.15-də olacaq.

Qeyd edək ki, Estoniya - Azərbaycan matçı oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20.00-da Tallin şəhərindəki “Lilekulla” stadionunda keçiriləcək.

Chosen
41
football-plus.az

1Sources