EN

“Lazım gələrsə, nüvə silahından istifadə edəcəyik” – Kim Çen

Şimali Koreya lideri Kim Çen In Koreya yarımadasında vəziyyətin getdikcə gərginləşdiyini qeyd edib.

KONKRET.az xəbər verir ki, o, öz adını daşıyan Milli Müdafiə Universitetinin 60 illik yubileyində çıxışı zamanı ölkəsinin lazım gələrsə nüvə silahından istifadə edəcəyini bildirib.

Dövlət başçısı bildirib ki, ölkəsi nüvə yolunda güc mərkəzinə çevriləcək:

“Ölkəmizə hücum edilərsə, bütün hərbi gücümüz tərəddüd etmədən istifadə olunacaq və nüvə silahından istifadə variantı nəzərdən qaçmayacaq. Hərbi fövqəldövlət və nüvə dövləti olmaq yolunda addımlarımız daha da sürətlənəcək”.

Məlik,

KONKRET.az

Chosen
88
2
konkret.az

3Sources