EN

Almaniya Ukrayna Ordusuna Rusiya dərinliklərini vurmağa icazə verəcəkmi?

  

Dövlət Dumasının Krım bölgəsindən deputatı Mixail Şeremet Almaniyanın xarici işlər naziri Annalena Berbokun Almaniya silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazənin mümkünlüyü barədə bəyanatını ağılsızlıq adlandırıb. 

Missiya.Az xəbər verir ki, onun sözlərini “RİA Novosti” sitat gətirir.

 "Berbok öz dəliliyi ilə münaqişənin yeni eskalasiya mərhələsini təhrik etməyə çalışır", - parlamentari belə hesab edir.

 O, Şeremet Berboku diplomatiyanın əsaslarını xatırlamağa çağırıb və qeyd edib ki, almaniyalı nazir dövlətlərin və xalqların varlığını dinc vasitələrlə təmin etməyə çalışmaq əvəzinə, münaqişələrin genişlənməsinə səbəb yaratmamağa maraq göstərir. 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələrinə Qərbin uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazə verilməsi NATO-nun münaqişəyə birbaşa cəlb olunması demək olacaq. O, Qərbin mümkün qərarının “münaqişənin bütün təbiətini ” dəyişdirəcəyini vurğulayıb. Bunun fonunda Moskva bütün lazımi qərarları öz təhlükəsizliyinə təhdidlərə əsaslanaraq qəbul edəcək. 

ElcanMissiya.Az

Chosen
20
missiya.az

1Sources