EN

Cəbrayılda peşə hazırlıq mərkəzi tikiləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İşğaldan azad edilmiş Cəbrayıl rayonunda peşə hazırlıq mərkəzi tikiləcək".
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Təhsilin İnkişafı Forumu çərçivəsində təşkil edilmiş "Biliyi dəyərə çevirən sinerji" adlı paneldə çıxışı zamanı deyib.
O qeyd edib ki, təhsil sistemi ilə əmək bazarı arasında ciddi əlaqənin qurulması təmin edilməlidir:
"Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Elm və Təhsil Nazirliyi, o cümlədən digər aidiyyəti qurumlar arasında fikir ayrılığı yoxdur. 2030-cu ilə qədərki inkişaf strategiyasına əsasən, regionlar üzrə 10 peşə hazırlığı mərkəzinin yaradılması nəzərdə tutulur. Biz bu sahəyə özəl sektoru da daxil etməliyik".
Chosen
8
18
oxu.az

10Sources