Bakıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Nərimanov rayonu, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən metronun "20 Yanvar" stansiyası istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.
Mənbə: oxu.az