EN

"Təhsil sistemi ilə əmək bazarı arasında əlaqə yaratmalıyıq" - Anar Əliyev

"Təhsil sistemi ilə əmək bazarı arasında əlaqə yaratmalıyıq".


Sfera.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib. 

 

O qeyd edib ki, nazirlik tərəfindən işsiz və işaxtaranlar üçün məşğulluq proqramı həyata keçirilir.

 

“Həmçinin işsiz və işaxtaran şəxslər peşə hazırlıqlarına cəlb edilir. Bilirsiniz ki, “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”na görə, 10 peşə hazırlığı mərkəzinin yaradılması nəzərdə tutulur. Bugün təhsil və əmək bazarı qarşısında duran problemlərin həllində yalnız dövlət aparıcı rol oynamamalıdır. Özəl sektor da bu fəaliyyətə qoşulmalıdır. Bizim peşə hazırlıqlarımız əmək bazarına uyğun təşkil edilir. 170-ə yaxın peşə ixtisası üzrə təlimlər keçə bilirik. 130-dan çox özəl peşə hazırlığı mərkəzləri ilə əməkdaşlıq edirik. Ötən illərə nisbətdə işə düzəlmə 65-70 faizə çatıb.  Növbəti ildə bu sahədə özəl sektorla əməkdaşlığımızı genişləndirməyi planlaşdırırıq”.

 

Firuzə Əliyeva

Chosen
12
6
sfera.az

7Sources