EN

Şuşada “Türktransp­lant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb - Yenilənib

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında “Türktransplantın təsis edilməsinə dair Niyyət Protokolu” imzalanıb...

"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, mərasim Türk Dövlətləri Təşkilatı və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin Şuşada keçirilən IV iclası çərçivəsində baş tutub.

Sənəd Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında imzalanıb.

***

Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə quruma üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilir.

"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, tədbirdə TDT-nin Baş katibi, üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi, həmçinin müxtəlif ölkələrdən dəvət olunan elm adamları iştirak edirlər.

Tədbirin sonunda yekun sənəd - Birgə Bəyannamə qəbul ediləcək.

Poliqon.info 

Chosen
2
3
poliqon.info

4Sources