EN

ƏƏSMN zənglərin 45.5%-nə cavab verməyib

Sosial Tədqiqatlar Mərkəzi dövlət orqanları və cəmiyyət arasında əlaqələrin yeni keyfiyyət mərhələsində vətəndaşların kommunikasiya xətlərinə əlçatanlığı və vətəndaşların informasiya təminatına əsaslanan idarəetmənin dəstəklənməsi məqsədilə dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq aparıb.

STM-dən verilən məlumata görə, Monitorinq nəticələrinə əsasən, nazirliyin stasionar nömrələrinə günün birinci və ikinci yarısında edilən zənglərin 63.6%-nə cavab verilib, 36.4%-nə cavab verilməyib. Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərin cavablandırılmasında orta müddət 6 saniyə, günün ikinci yarısında 5 saniyə olub.

Qaynar xəttə günün birinci və ikinci yarısında edilən bütün zənglər yüksək operativliklə cavablandırılıb. Günün birinci yarısında zənglərə cavab vermə üzrə 7 saniyə, günün ikinci yarısında 6 saniyə orta müddət qeydə alınıb.

İqtisadiyyat Nazirliyi - monitorinq nəticələrinə əsasən, nazirliyin stasionar nömrələrinə günün birinci və ikinci yarısında edilən zənglərin 63.6%-nə cavab verilib, 36.4%-nə cavab verilməyib. Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərin cavablandırılmasında orta müddət 6 saniyə, günün ikinci yarısında 5 saniyə olub.
Qaynar xəttə günün birinci və ikinci yarısında edilən bütün zənglər yüksək operativliklə cavablandırılıb. Günün birinci yarısında zənglərə cavab vermə üzrə 7 saniyə, günün ikinci yarısında 6 saniyə orta müddət qeydə alınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - nazirliyin qaynar xətti üzrə nəticələrə əsasən, günün birinci və ikinci yarısında ümumilikdə zənglərin yarıdan çoxuna və ya 54.5%-nə cavab verilib, 45.5%-nə cavab verilməyib. Günün birinci yarısında zənglərə cavab vermə üzrə 11 saniyə, günün ikinci yarısında 53 saniyə orta müddət qeydə alınıb. Təhlillər günün ikinci yarısı ilə müqayisədə günün birinci yarısında edilən zənglərə daha sürətli cavab verildiiyni göstərib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi - monitorinq müddətində stasionar nömrələr üzrə günün birinci və ikinci yarısında cavab verilmiş zənglər 95.5%, cavab verilməmiş zənglər 4.5% olub. Günün birinci yarısında zənglərə cavab vermə üzrə orta müddət 47 saniyə, günün ikinci yarısında 1 dəqiqə 9 saniyə olub. Nəticələrdən də göründüyü kimi, günün ikinci yarısından fərqli olaraq, günün birinci yarısında zənglərə 22 saniyə fərqlə daha tez cavab verilib. Qaynar xəttə edilən zənglərin cavablandırılmasında yüksək operativlik müşahidə edilib. Belə ki, günün birinci və ikinci yarısında qaynar xəttə edilən bütün zənglərə cavab verilib. Günün birinci yarısında zənglərə cavab vermədə orta müddət 25 saniyə, günün ikinci yarısında 10 saniyə olub. Nəticələrə əsasən, stasionar nömrələrdən fərqli olaraq, qaynar xəttə günün birinci və ikinci yarısında edilən zənglərə daha tez cavab verilib.

Fövqəladə Hallar Nazirliyi - ümumilikdə, nazirliyə məxsus stasionar nömrəyə günün birinci və ikinci yarısında edilən bütün zənglər operativliklə cavablandırılıb. Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərə cavab vermədə orta müdət 9 saniyə, günün ikinci yarısında 14 saniyə olub. Qaynar xəttə edilən zənglərin cavablandırılmasında yüksək operativlik müşahidə edilib. Belə ki, günün birinci və ikinci yarısında edilən bütün zənglərə cavab verilib. Günün birinci yarısında zənglərə cavab vermə üzrə orta müddət 18 saniyə, günün ikinci yarısında 13 saniyə təşkil edib.

Chosen
4
34
publika.az

10Sources