EN

“Neftçi” ilk dövrəni qələbəsiz bitirdi - REPORTAJ

Kəpəz (Gəncə) - Nefçti (Bakı) 4:3 (3:2)
1. Rojerio Santos - 5,5
11. Orxan Əliyev- 6,5
(10. Karim Lkouça , 77) - qiymətsiz
12. Turan Manafov - 5,5
70. Nicat Suleymanov - 5,5
(21. Camal Cəfərov, 77) - qiymətsiz
5. Rauf Hüseynli - 5,5
26. Valdemar Almeyda - 5,5
9. Luis Paçu - 5,5
(2. İlkin Qırtımov, 90+3) - qiymətsiz
29. Dioqo Verdaska - 5,5
78. Yeqor Xvalko (k) - 5,5
3. Mahamadu Ba - 6,0
(99. Əli Səmədov , 67) - 4,5
77. Viktor Braqa - 6,0
(7. Ehtiram Şahverdiyev , 77) - qiymətsiz
Ehtiyat oyunçular
22. Məmməd Hüseynov
80. Tural Rzayev
20. Mahir Həsənov
6. Nemət Musayev
15. Cavad Kərimov
28. Redon Mihana
19. Lassana Ndiaye
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Orxan Əliyev

93. Rza Cəfərov - 4,0
10. Filip Ozobiç - 4,5
(17. Rəhman Hacıyev, 45) - 4,5
7. Azər Əliyev - 5,5
(47. Murad Məmmədov, 72) - 4,5
90. Ramil Şeydayev (k) - 6,0
14. Edvin Kuç - 5,0
(91. Ağadadaş Salyanski , 84) – qiymətsiz
99. Ervin Koffi - 5,5
44. Yuri Matias - 4,5
23. Robert Bauer - 5,0
9. Andre Şinyaşiki - 4,5
(88. Andrey Ştoqrin , 46) - 4,5
11. Kilan Lebon - 5,0
22. Dembo Darbo - 5,0
(77. Yeqor Boqomolski, 72) - 4,5
Ehtiyat oyunçular
1. Emil Balayev
30. Rustam Samiqullin
8. Emin Mahmudov
19. Azər Salahlı
4. Mark Tamaş
24. Mustafa Sek
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Ramil Şeydayev

Qollar: E.Koffi, 4 (0:1, A.Əliyev). O.Əliyev, 24 (1:1). R.Şeydayev, 31 (1:2, A.Şinyaşiki). O.Əliyev, 32 (2:2). M.Ba, 41 (3:2, T.Manafov). V.Braqa, 48 (4:2, N.Suleymanov). A.Salyanski, 90+5 (4:3, M.Məmmədov).
Vərəqələr: Y.Matias, 38 (qeyri-idman hərəkəti). Ə.Səmədov, 89 (qeyri-idman hərəkəti). R.Santos, 90+3 (oyunun bərpasının ləngidilməsi) - sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Teymur Teymurov (Bakı).
Hakim-inspektor: Əmrah İbrahimov (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
4 oktyabr. Tovuz. Şəhər stadionu. 500 tamaşaçı (6500 yerlik).
Birinci hissəyə 2 , ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 7,0.


Ölkənin ən titullu komandalarından, eyni zamanda cari mövsümün autsayderlərinin dueli – çox qəribə afişadı, elə deyilmi? Amma oyunun son nəticəsi, yəni “ağ-qaralar”ın ilk dövrəni qələbəsiz bitirməsi bundan da qəribədi. Baxmayaraq ki, hər şey onlar üçün yaxşı başladı. Artıq 4-cü dəqiqədə “Neftçi” hesabı açdı. Şinyaşiki cərimə meydançasına daxil oldu və Azər Əliyevin qapı qarşısına ötürmə verməsinə şərait yaratdı. Koffi isə topu tora qovuşdurdu - 0:1. Gözləmək olardı ki, “Neftçi” hücumları davam etdirəcək, fərqi artırmağa çalışacaq. Amma 24-cü dəqiqədə gəncəlilərin zahirən adi təsir bağışlayan pressinqi bərabərlik qoluna səbəb oldu. Top Rzaya ötürüldü, qapıçı isə çox kobud səhvə yol verdi. Onun zərbəsindən sonra Orxan Əliyevə dəyən top tora düşdü. Bakılılar tezliklə 2-ci dəfə önə çıxdı. Şeydayev Şinyaşikiyə ötürmə verdi, ondan topu qəbul etdi və qapıçı meydançasının küncü üzərindən qarşısıalınmaz zərbə vurdu. Dərhal da hesab bərabərləşdi. Valdemar Almeyda sol cinahla irəliləyərək cərimə meydançasına ötürmə verdi. Matias topu uzaqlaşdırarkən ehtiyatsızlığa yol verdi. Belədə Orxan qonaqların ikinci hədiyyəsindən də ustalıql yararlandı, cərimə meydançası xaricindən dəqiq zərbə ilə Rzanı 2-ci dəfə məyus etdi. Qarşılıqlı hücumlar şəraitində davam edən oyunda hissənin sonuna yaxın daha bir qol vuruldu. Matiasın uzaqlaşdırdığı topu Manafov “Kəpəz”də debüt oyununa çıxan Baya ötürdü. Malili təxminən 30 metrdən qapıya doğru “raket” göndərdi. Belə göründü ki, “Neftçi”nin gənc qolkiperi hələ də ilk qolun şokundan ayılmayıb.

“Ağ-qaralar”ın məğlubiyyətdən qurtulmaq üçün ikinci yarını hücumda keçirəcəyini gözləmək olardı. Amma hissə başlayan kimi qonaqlar daha bir şok yaşadı. 48-ci dəqiqədə Orxan Əliyev bir rəqibindən sıyrılaraq Raufa, sonuncu Nicata ötürmə verdi. Onun qapı önünə asmasını tamamlayan Braqa baş zərbəsi ilə fərqi artırdı. “Kəpəz” sonrakı dəqiqələrdə üç dəfə qola yaxın oldu. Son 10 dəqiqəyə qədər yalnız gəncəlilər hücum edirdi. “Neftçi” isə 80-ci dəqiqədən sonra ayıldı. 81-ci dəqiqədə Koffinin qapı önünə asmasını Ştoqrin baş zərbəsi ilə tamamladı, ancaq Rojerio Santos inanılmaz qurtarışla qola imkan vermədi. 82-ci dəqiqədə isə qapıçı Matiasın zərbəsinə də əla reaksiya verdi. “Neftçi” yalnız uzatma dəqiqələrində qollardan birinin əvəzini çıxdı. Murad Məmmədov kornerdən qapı qarşısına ötürmə verdi. Ağadadaş Salyanski başla zərbə endirsə də,Santos bu zərbənin də qarşısını alır. Amma referii topun qapı xətdiyini keçdiyini söyləyərək mərkəzi göstərdi.

“Kəpəz” 9-cu turda ilk qələbəsini qazandı. “Neftçi” isə dövrəni qələbəsiz bitirdi. Çox acı reallıqdı!

Gözdən qaçmadı:
* “Kəpəz” 3-cü qolu vurandan sonra azarkeşlərdən biri Azər Bağırova minnətdarlığını bildirdi.
* 43-cü dəqiqədə hesab göstərən tablo yanıb-sönməyə başladı.
* “Forza Neftçi” Qriqorçuku və rəhbərliyi istefaya çağırdı.

ƏSƏD SEYİDOV

Chosen
19
football-plus.az

1Sources