EN

SOCAR-ın prezidenti: Elmin inkişafı üçün zəruri ekosistem olmalıdır

Elmin inkişafı üçün zəruri ekosistem olmalıdır.

Fins.az azərtac-a istinadən xəbər verir ki, bunu “Tərəfdaşlıqdan tərəqqiyə” devizi ilə keçirilən Təhsilin İnkişafı Forumunda SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib. O bildirib ki, SOCAR 5 ali təhsil müəssisəsi ilə təcrübə proqramı həyata keçirir.

“Universitetlərlə məhz kadr hazırlığı üzrə əməkdaşlıq edilir. İstənilən sahədə 5-10 ildən sonra texnologiyalar tamam fərqli olacaq. Biz həmin texnologiyalara sahib olmalıyıq ki, digər ölkələrlə yarışa bilək. Elmin inkişafı üçün zəruri ekosistem olmalıdır.

Əqli mülkiyyət sahəsində də elmin inkişafı üçün zəruri platforma olmalıdır. Elmin nüfuzunun artırılması da çox önəmli bir məqamdır. Elmlə məşğul olmaq istəyən gənclərin ailəsi tərəfindən necə qarşılanması məsələsi üzərində də işləməliyik. Onlar bilməlidir ki, elmlə məşğul olmaq, patentə sahib olmaq da gəlir gətirir. Elmə də insan kapitalı lazımdır”, - deyə Rövşən Nəcəf vurğulayıb.

Chosen
10
4
fins.az

6Sources