EN

Premyer Liqaya qayıdır?

"Bayern"in vingeri Leroy Sane karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.

Mənbənin sözlərinə görə, Münhen klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədə olan 28 yaşlı almaniyalıya bir sıra Premyer Liqa təmsilçiləri maraq göstərir. Futbolçunun xidmətində maraqlı olan klublar onu azad agent kimi heyətinə qatmağı planlaşdırırlar.

Sane 2020-ci ilin iyulundan "Bayern"da çıxış edir. 2024/25 mövsümündə forvard komandasının heyətində 4 matçda 1 qol vurub. "Transfermarkt" portalı futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir.

Chosen
6
publika.az

1Sources