EN

“Cəza” yenidən Gənc Tamaşaçılar Teatrının səhnəsində

“Cəza”

Bakı, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı əsəri əsasında hazırlanan “Cəza” monotamaşası nümayiş olunacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, birhissəli tamaşada əsas rolu Əməkdar artist Kəmalə Hüseynova ifa edəcək.

Psixoloji oyun dramının quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.

 

Chosen
9
1
azertag.az

2Sources