EN

Orxan Məmmədov: Halal sektorun inkişafı üçün KOB evləri fəaliyyət göstərir

Orxan

Bakı, 8 oktyabr, AZƏRTAC

Bizim əsas məqsədimiz Azərbaycanda KOB-lar üçün əlverişli mühitin yaradılmasıdır.

AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Qlobal halal sənayenin formalaşmasında Kiçik və Orta Sahibkarlığın (KOB) rolu” adlı sessiyada çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu gün qeydiyyatdan keçmiş şirkətlərin 97 faizi KOB-lar və ya kiçik müəssisələrdir.

“Halal sektorun inkişafı üçün KOB evləri fəaliyyət göstərir. Biz KOB inkişaf mərkəzi yaratmışıq. Bu xidmətlər sahibkarlar üçün ödənişsizdir. Bundan başqa, İslam bankçılığı modeli yaratmağa çalışırıq”, - deyə KOBİA sədri bildirib.

Chosen
19
1
azertag.az

2Sources