EN

Şuşada mühüm tədbir keçirildi

Şuşada Türk Dövlətləri Təşkilatı (TDT) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə quruma üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə TDT-nin Baş katibi, üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, həmçinin müxtəlif ölkələrdən dəvət olunan elm adamları iştirak ediblər.

Tədbirdə TDT-nin fəaliyyətini əks etdirən, həmçinin Şuşa şəhərinə həsr olunan videoçarxlar nümayiş olunub.

TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev ötən həftə qurumun yaradılması haqqında Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümünün qeyd olunduğunu deyərək bildirib ki, təşkilata üzv dövlətlər arasında səhiyyə sahəsində ikitərəfli və faydalı əməkdaşlıq mövcuddur: “Bizim də səylərimiz xüsusilə çoxtərəfli əməkdaşlığın dərinləşməsinə yönəlib. “Türktransplant sisteminin yaradılmasına dair Niyyət Protokolu”nun imzalanması və “2025-ci il üçün səhiyyə sahəsində əməkdaşlıq üzrə TDT-nin İş qrupunun Fəaliyyət Planı”nın təsdiq edilməsi qərarını alqışlayırıq”.

Azərbaycanın səhiyyə naziri Teymur Musayev TDT-nin səhiyyə nazirlərinin IV iclasının Şuşada keçirilməsinin tarixi və qürurverici hadisə olduğunu vurğulayıb.

Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu, Özbəkistanın səhiyyə nazirinin birinci müavini Davron Sultanov, Qazaxıstanın səhiyyə nazirinin müavini Yerbol Ospanov, Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenaliev, Şimali Kipr Türk Respublikasının səhiyyə naziri Hakan Dinçyürek və Macarıstanın təmsilçisi tədbirin yüksək səviyyədə təşkil olunduğunu və ölkələr arasında əməkdaşlığın müasir müstəvidə yeni prizmadan inkişafına təkan verəcəyini vurğulayıblar.

Chosen
3
1
publika.az

10Sources