EN

4 mindən çox immiqrant Türkiyədən deportasiya ediləcək

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib ki, son bir ayda 81 vilayətdə həyata keçirilən qeyri-qanuni immiqrantlara qarşı əməliyyatlarda ümumilikdə 10040 qeyri-qanuni immiqrant yaxalanıb. Mühacirlərlə yanaşı, 200 miqrant qaçaqmalçılığı təşkilatçısı da tutulub. Nazir qeyd edib ki, 4 mindən çox qeyri-qanuni immiqrant deportasiya ediləcək.

Hafta.az-ın yazdığına görə, əməliyyatlar zamanı tutulan 200 immiqrant qaçaqmalçısından 82-si həbs edilib, 31-i məhkəmə nəzarəti altında sərbəst buraxılıb, digərlərinin istintaqı isə hələ davam edir.

DİN başçısının sözlərinə görə, 4040 qeyri-qanuni immiqrant deportasiya olunmaq üçün əyalət immiqrasiya orqanlarına təhvil verilib. Əməliyyatlar zamanı immiqrant qaçaqmalçılığında istifadə edilən 107 avtomobil də ələ keçirilib.

Nazir Əli Yerlikaya, sosial media hesabından etdiyi şərhdə deyib: “Yaxalanan qeyri-qanuni mühacirlər İl İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib və dərhal deportasiya prosedurlarına başlanılıb. Əməliyyatları əlaqələndirən Baş Prokurorluğumuzu və qəhrəman jandarmamızı əməliyyatları həyata keçirdiklərinə görə təbrik edirəm. Allah ayağınıza daş dəyməsin. Millətimizin duaları sizinlədir”.

Chosen
18
hafta.az

1Sources