EN

Erlinq Holann “Mançester Siti”yə və azarkeşlərə təşəkkür edib

İngiltərə çempionu "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Holann sosial şəbəkədə paylaşım edərək kluba təşəkkür edib.

"Operativ Media" xəbər verir ki, norveçli hücumçu Premyer Liqada sentyabr ayının oyunçusu seçilib.

“Salam, mən sadəcə kluba, azarkeşlərə və hər kəsə son bir neçə həftə ərzində göstərdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm. Biz irəliyə baxırıq və diqqətimizi qarşıdakı oyunlara yönəldirik”.

Cari mövsümdə Erlinq Holann bütün yarışlarda kataloniyalı Xosep Qvardiolanın başçılıq etdiyi komanda ilə 10 matçda iştirak edib və 11 qol vurub.

"Transfermarkt" Erlinq Hollannın transfer dəyərini 200 milyon avro qiymətləndirir.

Chosen
43
operativmedia.az

1Sources