EN

Aİ iaşə obyektlərində siqaret çəkməklə bağlı sərt qadağaları planlaşdırır

Avropa İttifaqının səhiyyə nazirləri Avropa Komissiyasının restoranlarda siqaret çəkilməsinin qadağan edilməsi ilə bağlı tövsiyəsini müzakirə edəcəklər. “Kronen Zeitung” qəzetinin yaydığı məlumata görə, iaşə obyektlərinin sahibləri buna etiraz edirlər və bu təşəbbüsü onların normal fəaliyyəti üçün təhlükə kimi görürlər.

Avropa Komissiyası Aİ-nin bütün üzv dövlətlərində siqaret çəkənlərin sayını kəskin şəkildə -beş faizdən aşağı azaltmaq niyyətindədir. Məsələn, Avstriyada hər beşinci sakin siqaret çəkir. Bu məqsədə daha sərt qaydalardan istifadə etməklə nail olmaq təklif olunur. Bu dəfə Avropa Birliyi iaşə obyektlərini meydana atır. Avropa Komissiyasının tövsiyəsində bildirilir ki, vətəndaşlar restoran, bar və kafelərin açıq yerlərində belə passiv tüstüdən qorunmalıdırlar. Bundan əlavə, avtovağzallar, əyləncə parkları və açıq hovuzlar da siqaretdən təmizlənməlidir.

Tural

Chosen
17
news365.az

1Sources