EN

“Türktransplant” informasiya sisteminin yaradılması təklifini Azərbaycan irəli sürüb - Teymur Musayev

Bakı. Trend:

Vahid “Türktransplant” informasiya sisteminin yaradılması iləbağlı təklifi Azərbaycan ötən il Türk Dövlətləri Təşkilatına üzvölkələrin səhiyyə nazirlərinin Səmərqənddə keçirilən görüşündəirəli sürüb.

Trend xəbər verir ki, bunusəhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasındadeyib.

Teymur Musayev bildirib ki, “Türktransplant" sistemininyaradılmasında məqsəd 160 milyona yaxın əhalisi olan bir geosiyasiməkanın vətəndaşları üçün müəyyən tibb xidmətlərinə əçatanlığınınartırılmasıdır.

"Avropada transplantologiya üzrə bir təsisat mövcuddur. Düşündükki, həmin təsisatın analoqu Türk Dövlətləri Təşkilatı çərçivəsindəyaradıla bilər. İlkin mərhələdə məhz vahid informasiya mərkəzidir.Mahiyyəti vahid donorlar və resepiyentlər məlumat bazasınınformalaşmasıdır. İlkin mərhələdə sümük iliyi transplantasiyasımümkünlüyünü gerçəkləşdirən bir vahid informasiya məkanıyaradılır.

Əhalisinə görə ölkələrdə donor sayı kifayət qədər fərqlənir.Amma ehtiyacı olan insanların sayı kifayət qədərdir. Belə bir vahidsistemin olması çarpaz transplantasiya imkanı yaradır. İnanırıq ki,gələcəkdə bu vahid orqanlara da şamil olunacaq”.

Qeyd edək ki, Şuşada Türktransplant sisteminin yaradılmasınadair Niyyət Protokolu imzalanıb.

Chosen
11
1
az.trend.az

2Sources