EN

2024-cü il Fizika üzrə Nobel Mükafatı qaliblərini tapıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

2024-cü il Fizika üzrə Nobel Mükafatının qalibləri bəlli olub.

Banco.az xəbər verir ki, alimlər Con Hopfild və Cefri Hinton 2024-cü il Fizika üzrə Nobel Mükafatını qazanıblar.

Alimlərə bu mükafat süni neyron şəbəkələrində maşın öyrənməsini mümkün edən kəşfləri və ixtiralarına görə verilib.

Qeyd edək ki, mükafat 11 milyon İsveç kronu (1,1 milyon dollar) məbləği ilə birlikdə təqdim olunur. Qaliblərin birdən çox olması halında pul mükafatı onlar arasında bölüşdürülür.

Amerikalı Con Hopfild Prinston Universitetinin professoru, britaniyalı Cefri Hinton isə Toronto Universitetinin professorudur.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
16
banco.az

1Sources