EN

Putin: MDB çərçivəsində qarşılıqlı fəaliyyət Rusiyanın xarici siyasətinin əsas prioritetlərindəndir

MDB çərçivəsində qarşılıqlı fəaliyyət Rusiya xarici siyasətinin əsas prioritetlərindən biridir.

 

Sitat.info nun Moskvaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasını açarkən deyib.

 

“MDB çərçivəsində qarşılıqlı fəaliyyət siyasətimizin əsas prioritetlərindən biridir. Birlik ölkələri bizim ən yaxın qonşularımız, dostlarımız, strateji tərəfdaşlarımızdır. Biz təbii ki, əməkdaşlığın gücləndirilməsinə sadiqik”, - o vurğulayıb.

Chosen
8
1
sitat.info

2Sources