EN

“Dokta” şirkəti cərimələndi

"Dokta" MMC yanğın təhlükəsizliyi qaydalarını pozduğu üçün cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş tibb müəssisəsi ilə bağlı müraciətə baxılıb. 

Hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, yanğın təhlükəsizliyi qaydalarını pozmaya görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 20 manatdan 300 manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

Chosen
67
7
iqtisadiyyat.az

10Sources