ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Ukrayna ilə bağlı planı onun təslim olmasına gətirib çıxaracaq.
Publika.az xəbər verir ki, bu fikri ABŞ-ın vitse-prezidenti Kamala Harris CBS telekanalına müsahibəsində bildirib.
"O deyir ki, ilk gündə müharibəni bitirə bilər. Bunun nə demək olduğunu bilirsiniz? Bu, təslim olmaq deməkdir", - deyə Harris vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Tramp Ukrayna böhranının həlli üçün Rusiya ilə danışıqlardan imtina etdiyinə görə Bayden administrasiyasını tənqid etmiş və Vladimir Putinlə görüşə hazır olduğunu bildirmişdi.