EN

Kürdəmirdə ağır QƏZA: 16 yaşlı oğlan xəsarət aldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kürdəmirdə motosiklet aşıb.
Bizim.media xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, motosikletin sürücüsü, Gəncə sakini 16 yaşlı Emin Nail oğlu Məmmədov Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Qəza nəticəsində sürücü ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər yaralının vəziyyətini ağır qiymətləndirirlər.
Hazırda faktla bağlı araşdırma aparılır.
Chosen
11
50
oxu.az

10Sources