EN

Sualtı təmizlənmə zamanı dənizdən çıxanlar şok yaratdı: Tualet, konteyner, stul...

Türkiyənin Balıkəsir rayonunun Erdek səmtində könüllü dalğıcların apardığı sualtı təmizləmə zamanı dənizin dibindən çıxanlar insanları şoka salıb.

Publika.az xəbər verir ki, Erdek Bələdiyyəsi, Sualtı Təmizləmə və Maarifləndirmə Hərəkatı Könüllüləri və ODTÜ Sualtı Cəmiyyəti ilə birlikdə 4-6 oktyabr tarixləri arasında sualtı təmizləmə və maarifləndirmə işi həyata keçirilib.

36 könüllü dalğıc tərəfindən həyata keçirilən sualtı təmizlik zamanı tualet, zibil qabı və stullar da daxil olmaqla 1000-dən çox tullantı dənizin dibindən çıxarılıb.

Erdek Bələdiyyə Başçısı Burhan Karışık selikliliyin əsas səbəblərindən birinin dənizə atılan tullantılar olduğunu bildirib: “Dənizin təmizlənməsi nəticəsində plastik əşyalar, avtomobil təkərləri və şüşə butulkalar kimi materiallar çıxarılıb. Övladlarımıza, nəvələrimizə daha təmiz bir Erdek buraxmaq üçün lütfən dənizlərimizi çirkləndirməyək”.

Chosen
13
publika.az

1Sources