EN

İsrail sərhəddəki itkiləri açıqlayıb

Livanla sərhəddə və Qəzza zolağında davam edən döyüşlər zamanı İsrail Müdafiə Qüvvələrinin iki əsgəri həlak olub. Bu barədə Tsaxalın mətbuat xidməti məlumat yayıb.

Rəsmi məlumata görə, Livan sərhədində gedən döyüşlərdə 43 yaşlı mayor Aviv Magen, Qəzza zolağının şimalında davam edən döyüşlərdə isə 20 yaşlı serjant Noam İsrael Abdo həlak olub.

İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Yaxın Şərqdə münaqişənin yeni mərhələsi zamanı İsrail hərbçiləri arasında itkilərin ümumi sayı artıq 730 nəfərdir.
 
Aytac
 


www.anews.az
Chosen
32
anews.az

1Sources