EN

Roma Papasından Yaxın Şərq üçün açıq məktub: Mən səsi olmayanların yanındayam

İsrailin Yaxın Şərq torpaqlarına qeyri-insani hücumları tam bir ildir ki, davam edir.

Qəzzada davam edən hücumların ildönümündə katoliklərin ruhani lideri Roma Papası Fransisk öldürülən minlərlə insanın xatirəsini yad etmək əvəzinə, Həmas tərəfindən əsir götürülən israillilər üçün açıq məktub dərc edib.

Oktyabrın 7-də HƏMAS tərəfindən əsir götürülən israillilər üçün açıqlama verən Papa dünya güclərinin Yaxın Şərqdə müharibəni dayandırmaqda "utanc verici acizliyini" tənqid edib.

Roma Papası Fransisk də əsirlərin azad olunmasını istəyib.

Yaxın Şərqdəki katoliklərə yazdığı açıq məktubunda o , “Bir il əvvəl nifrət qaynağı alovlandı; Beynəlxalq ictimaiyyətin və ən qüdrətli ölkələrin silahları susdurmaqda və müharibə faciəsinə son qoymaqda biabırçı acizliyi ucbatından yanğın sönmədi, zorakılıq spiralında partladı”.

Papanın məktubunda “Qan axmaqda davam edir, göz yaşları da. Qəzəb intiqam arzusu ilə birlikdə artsa da, az adam ən çox ehtiyac duyulan və arzu olunan şeyə əhəmiyyət verir: dialoq və sülh”.

87 yaşlı lider daha əvvəl qlobal sülh üçün "oruc günü" elan edib və son illərdə digər münaqişələr üçün də oxşar təşəbbüslər edib.

Chosen
3
1
aznews.az

2Sources