EN

Rusiya-Gürcüstan danışıqlarının 62-ci raundu noyabrın əvvəlinə planlaşdırılıb

Rusiya-Gürcüstan

Tbilisi, 8 oktyabr, AZƏRTAC

Rəsmi Tbilisi Gürcüstan ilə Rusiya arasındakı Cenevrə beynəlxalq danışıqlarının 62-ci raunduna ciddi hazırlaşır.

AZƏRTAC xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyində Avropa İttifaqı, BMT və ATƏT-dən olan həmsədrlərin iştirakı ilə toplantı keçirilib.

Gürcüstan xarici işlər nazirinin birinci müavini və Cenevrədəki beynəlxalq danışıqlarda Gürcüstan nümayəndə heyətinin rəhbəri Laşa Darsaliya danışıqların mövzusu barədə məlumat verib.

Görüşdə Cenevrə beynəlxalq danışıqlarının səmərəli fəaliyyət göstərməsinin vacibliyi vurğulanıb.

Bundan əlavə, Hadisələrin Qarşısının Alınması və Müdaxilə Mexanizminin (IPRM) heç bir ilkin şərt qoyulmadan bərpa edilməsinin və əsas prinsiplərə uyğun olaraq bu mexanizmin Qali və Erqnetidə mütəmadi iclaslarının keçirilməsinin vacibliyi qeyd edilib.

Cenevrə beynəlxalq danışıqlarının 62-ci raundu noyabrın 5-6-na planlaşdırılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
17
4
azertag.az

6Sources