EN

Görmə qabiliyyəti məhdud şəxslər xəstəxanalara işə götürülür? -  CAVAB

Görmə Görmə qabiliyyəti məhdud şəxslər xəstəxanalara işə götürülür? -

Görmə qabiliyyəti məhdud olan şəxslər Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində işlə təmin olunub.

E-saglam.az xəbər verir ki, Azərbaycanda sosial cəhətdən həssas əhali qruplarının həyat səviyyəsinin yaxşılaşdırılmasına, eləcə də fiziki məhdudiyyətli şəxslərin məşğulluğunun təmin edilməsinə və cəmiyyətə inteqrasiyasına yönəldilmiş tədbirlər görmə qabiliyyəti məhdud olan şəxsləri də əhatə edir.

Son 3 ay ərzində Mərkəzin strukturuna daxil olan tibb müəssisələrində 10-a yaxın görmə qabiliyyəti məhdud olan şəxslər işlə təmin olunublar. Onlar əsasən ilkin səhiyyə müəssisələrində masaj üzrə tibb bacısı (və ya tibb qardaşı) vəzifələrində çalışır. 

Məlumat üçün bildirək ki, masaj İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olduğundan, bu xidmət ödənişsiz həyata keçirilir. Müvafiq ixtisas həkimindən göndəriş alan pasiyentlər xidmətin alınması üçün masaj üzrə tibb bacılarına (və ya tibb qardaşlarına) yönləndirilir. 

TƏBİB rəhbərliyi fiziki məhdudiyyətli şəxslərin, o cümlədən görmə qabiliyyəti məhdud olan şəxslərin işlə təminatı məsələlərinə xüsusi həssaslıqla yanaşır, onların işə qəbulla bağlı müraciətləri dəyərləndirilir və onlara əmək qabiliyyətlərinə uyğun iş təklifləri edilir. Mütəmadi olaraq həmin şəxslərin TƏBİB-in tabeliyində olan tibb müəssisələrində müvafiq işlərlə təminatı həyata keçirilir.

E-saglam.az

Chosen
17
1
e-saglam.az

2Sources