EN

Şimali Koreya Ukraynaya qoşun yeridə bilər

Şimali

Cənubi Koreya Rusiyaya hərbi qüvvələr göndərə bilər.

Reyting.az
“Yonhap” agentliyinə istinadla bildirir ki, Cənubi Koreyanın müdafiə naziri Kim Yonq-hyun bunu istisna etmir.

Nazir parlamentdə deyib ki, Şimali Koreya iki ölkə arasında imzalanmış “Hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi”nə uyğun olaraq Rusiyaya dəstək üçün Ukraynaya qoşun yeridə bilər.

“Rusiya və Şimali Koreya hərbi alyansa bənzər qarşılıqlı saziş imzaladıqları üçün belə bir yerləşdirmənin mümkünlüyü kifayət qədər yüksəkdir”, - Kim Yonq-hyun deyib.

Nazir həmçinin qeyd edib ki, Ukraynanın Donetsk vilayətində baş verən qarşıdurmalar zamanı Ukraynanın raket hücumu nəticəsində 6 Şimali Koreya əsgərinin həlak olması xəbəri doğru ola bilər.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin iyun ayında Şimali Koreyaya rəsmi səfər edib və tərəflər arasında “Hərtərəfli strateji tərəfdaşlıq sazişi” imzalanıb. Rusiya lideri Putin “müttəfiqlik” sözünü işlətməkdən yayınaraq, razılaşmanın tərəflərdən birinə hücum olacağı təqdirdə qarşı tərəfin hərbi yardım edəcəyini vəd etdiyini bildirib. Şimali Koreya lideri Kim Çen In razılaşmanı “pakt” kimi qiymətləndirib və münasibətlərin “yüksək müttəfiqlik” səviyyəsinə yüksəldiyini vurğulayıb.

E. KAMAL
Chosen
16
1
reyting.az

2Sources