EN

"Fənərbaxça" və "Beşiktaş"ın futbolçuları Türkiyə millisindən kənarlaşdırıldı

Türkiyə milli komandasının heyətində ciddi itkilər baş verib.

Sportal.az xəbər verir ki, "Fənərbaxça"nın yarımmüdafiəçisi İsmail Yüksek və "Beşiktaş"ın qapıçısı Mert Günok heyətdən kənarlaşdırılıb. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.

Hər iki oyunçunun düşərgəni tərk etməsinin zəbəbi onların zədəli olmasıdır.

"Eyüpspor"un qapıçısı Berke Özer millinin heyətinə daxil edilib.

Qeyd edək ki, Türkiyə yığması UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də evdə Monteneqro ilə, 14-də isə səfərdə İslandiya ilə qarşılaşacaq.

saytlarin hazirlanmasi

Chosen
32
sportal.az

1Sources