EN

Ronaldo ''Siti''nin ulduzunun ''Əl-Nəsr''ə gəlməsini istəyir

Kriştiano Ronaldo və onun şərəfini qoruduğu ''Əl-Nəsr'' ilə bağlı yeni iddia ortaya atılıb.

İngiltərənin ''Mirror'' nəşrinin məlumatına görə portuqaliyalı superulduz Səudiyyə Ərəbistanı klubunun rəhbərliyindən Kevin De Bruynenin transfer edilməsini istəyib. Ronaldo rəhbərliyə belçikalı ulduza həftəlik 1 milyon funt sterlinq maaş verməyi təklif edib. Onun fikrincə De Bruyne komandaya gəlsə, ''Əl-Nəsr'' ''Əl-Hilal''ın hegemonluğuna son qoyaraq ölkənin ən güclü kollektivinə çevrilə bilər. Ronaldo De Bruynenin durumundan yararlanmağı təklif edir.

Çünki 33 yaşlı belçikalının ''Mançester Siti'' ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq. Yəni onun yanvardan etibarən istədiyi klubla danışıqlar aparmaq fürsəti olacaq. ''Siti''nin son illərdəki uğurlarında mühüm rol oynayan De Bruyne cari mövsüm zədələr üzündən istədiyi performansı sərgiləyə bilməyib. O cəmi 6 rəsmi oyunda iştirak edərək aktivinə 1 qol, 1 məhsuldar ötürmə yazıb. ''Transfermarkt'' portalına əsasən De Bruynenin indiki dəyəri 45 milyon avrodu.

ƏLİ

Chosen
28
football-plus.az

1Sources