EN

"Yuventus" Qatti ilə bağlı qərar verdi

"Yuventus" mərkəz müdafiəçisi Federiko Qatti ilə yeni müqavilə imzalamağa yaxındır.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O Turin təmsilçisinin 26 yaşlı futbolçu ilə danışıqları davam etdirdiyini və razılaşmağa çox yaxın olduqlarını qeyd edib.

Müdafiəçinin yenilənmiş əmək müqaviləsinin 2029-cu ilin yayına qədər qüvvədə olacağı bildirilir.

İndi müqavilə 2028-ci ilin yayına qədər qüvvədədir.

Qatti bu mövsüm İtaliya çempionatında "Yuventus" forması ilə 5 oyunda iştirak edib.

Chosen
26
90deqiqe.az

1Sources